Ana Sayfa > Karusel / Gündəm / Kriminal > Bakıda evdən 4 min manat pul oğurlanıb

Bakıda evdən 4 min manat pul oğurlanıb


1-04-2021, 13:01. Yazar: Admin

 

Bakıda evdən 4 min manat pul oğurlanıb

Bakıda evdə oğurluq olub.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da rayon ərazisindəki evlərin birindən 4 000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əsədov, Sumqayıt şəhər sakini N.Ələsgərov və Beyləqan rayon sakini O.Əliyev saxlanılıblar.


Geri dön