Ana Sayfa > Karusel / Sosial > Bakının bəzi qəsəbələrinin bir hissəsində qaz təchizatında fasilə yaranıb

Bakının bəzi qəsəbələrinin bir hissəsində qaz təchizatında fasilə yaranıb


29-03-2021, 17:13. Yazar: Admin

 

Bakının bəzi qəsəbələrinin bir hissəsində qaz təchizatında fasilə yaranıb

Bu gün saat 15:50 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

Qarabaginfo.az xəbər verir ki, məlumatı “Azəriqaz” İstehsalat Birliyi yayıb.

Bildirilir ki, qəza halı ilə əlaqədar olaraq, Suraxanı rayonunun Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.


Geri dön