Ana Sayfa > Karusel / Kriminal > Gəncədə iki qardaş bıçaqlanıb

Gəncədə iki qardaş bıçaqlanıb


26-03-2021, 09:56. Yazar: Admin

Gəncədə iki qardaş bıçaqlanıb - YENİLƏNİB

 

 

Gəncədə iki qardaşın bıçaqlanması faktı qeydə alınıb.

Qarabaginfo.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Bıçaqlanan şəxslər 1991-ci il təvəllüdlü Dadaşov Salman Aydın oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü Dadaşov Osman Aydın oğludur. Hər ikisi xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunublar.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

İlkin araşdırma zamanı məlum olub ki, 1994-cü il təvəllüdlü Gəncə şəhər sakini Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və sonuncunun qardaşı Salman Dadaşovu bıçaqla qəsdən vuraraq döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirib. (APA)


Geri dön