Ana Sayfa > Karusel / Gündəm > Valentina Matviyenko Sahibə Qafarovadan erməni diversantlarla bağlı XAHİŞ ETDİ

Valentina Matviyenko Sahibə Qafarovadan erməni diversantlarla bağlı XAHİŞ ETDİ


2-03-2021, 14:23. Yazar: Admin

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanla telefonda danışıb.

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan tərəfindən saxlanılan erməni diversantların taleyi ilə bağlı müzakirə aparıblar.

 

Matvienko Azərbaycada saxlanılan 2 erməni qadın diversantın azad olunması ilə bağlı Milli Məclisin spikeri Sahibə Qafarovadan yardım istədiyini söyləyib. O, müraciətinə müsbət cavab veriləcəyinə ümid ifadə edib.  Telefon danışığı zamanı ikitərəfli münasibətlər müzakirə olunub.
Modern.az


Geri dön