Ana Sayfa > Karusel / Gündəm > Bakıda məhkəmə zalında 3 dustaq qollarını ülgüclə doğradı

Bakıda məhkəmə zalında 3 dustaq qollarını ülgüclə doğradı


23-02-2021, 12:31. Yazar: Admin

 

Bakıda məhkəmə zalında 3 dustaq qollarını ülgüclə doğradı

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və İŞİD-ə maliyyə göndərməkdə təqsirləndirilən 11 nəfərin prosesində insident yaşanıb.

Qarabaginfo.az-ın məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə qol damarlarını doğrayıb.

Daha sonra isə həmin şəxslər ülgücü boğazlarına dirəyərək dayanıblar. Hakim zaldan çıxıb və konvoy əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyə müvəffəq olublar. 

Qeyd edək ki, bu iş üzrə Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli ittiham edilir.

Qafqazinfo.az


Geri dön