Ana Sayfa > Karusel / Gündəm / İqtisadiyyat > İran və Azərbaycan birlikdə 2 SES-in tikintisini davam etdirəcək

İran və Azərbaycan birlikdə 2 SES-in tikintisini davam etdirəcək


22-02-2021, 10:40. Yazar: Admin

 

İran və Azərbaycan birlikdə 2 SES-in tikintisini davam etdirəcək

İran və Azərbaycan hökumətləri Araz çayı üzərində "Qız Qalası" və "Xudafərin" su elektrik stansiyalarının (SES) tikintisinin davam etdirilməsini təsdiqləyib.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində keçirilmiş yığıncaqda məlumat verilib.

Xatırladaq ki, sözügedən əyalətlə Azərbaycanın Cəbrayıl rayonu arasında inşa olunan SES-lər İranın Enerji Nazirliyinin həyata keçirdiyi əsas layihələrdən biridir. Nazir Rza Erdekaniyan ötən ilin dekabr ayında bəyan etmişdi ki, iki ölkə SES tikintisini canlandırmaq barədə razılığa gəlib.


Geri dön