Ana Sayfa > Karusel / Kriminal > Gədəbəydə silahlı insident baş verib.

Gədəbəydə silahlı insident baş verib.


21-02-2021, 22:48. Yazar: Admin

 

Gədəbəydə baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub

Gədəbəydə baş verən hadisənin təfərrüatları məlum olub.

Qarabaginfo.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb.

DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Onun sözlərinə görə, kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov  tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

 

Gədəbəydə silahlı insident baş verib.

21 : 26

Qarabaginfo.az xəbər verir ki, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır. APA

 


Geri dön