Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Magistraturaya sənəd verənlərə XƏBƏRDARLIQ

Magistraturaya sənəd verənlərə XƏBƏRDARLIQ


18-02-2021, 10:25. Yazar: Admin

Ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu bu gün başa çatır.

Qarabaginfo.az xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.


Geri dön