Ana Sayfa > Karusel / Region > Petrosyandan Paşinyanadək:

Petrosyandan Paşinyanadək:


17-02-2021, 21:00. Yazar: Admin

Ermənistanda hərbi-siyasi rəhbərlik 1991-ci ildən bəri 4 dəfə dəyişsə də, mahiyyət etibarilə heç nə dəyişməyib.

O gün də, indi də hərbi-syasi rəhbərliyinin əsas mahiyyəti terrorçuluq, beynəlxalq səviyyədə cinayətkarlıqdır.

İstər Levon Ter-Petrosyan, istər Robert Koçaryan, istər Serj Sarksiyan və istərsə də Nikol Paşinyan hakimiyyəti Azərbaycana qarşı hərbi cinayətlərə imza atıb.


Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı hərəkatın rəhbərlərindən olan Koçaryan və Sarkisyan xüsusən bu kontektdə “fərqləniblər”.

 
Onlar Birinci Qarabağ Müharibəsi zamanı dinc sakinlərin kütləvi qətli ilə müşayiət olunan Xocalı, Qaradağlı, Ağdaban kimi soyqırımılarının əsas təşkilatçısı olaraq bu hərbi cinayətlərdə iştiraklarını açıq bəyan ediblər.

 

2000-ci il dekabrın 15-də britaniyalı jurnalist Tomas De Valla Xocalı soyqırımı ilə bağlı açıqlama verən Serj Sarkisyan açıq etiraflar etmişdi.


“Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlara elə gəlirdi ki, biz mülki əhaliyə əl qadırmarıq. Bu stereotipi qırmaq lazım idi. Və biz bu stereotipi qırdıq”, -deyə Sarkisyan XX əsrin ən dəhşətli hərbi cinayətində iştirakını etiraf edərək, söyləmişdi.


Onun sələfi Robert Koçaryan da hərbi cinayətlərdə iştirakını gizlətmir, əksinə, bioqrafiyasının həmin hissəsi ilə qürur duyduğunu söyləyir. 2004-cü il iyunun 23-də Avropa Şurası Parlament Assambleyasının iclasına qatılan Koçaryan bütün Avropanın gözü qarşısında hərbi cinayətkar olduğunu etiraf etmişdi.


“Mən 1992-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etməyimlə qürur duyuram”-deyə Koçaryan AŞPA tribunasından demişdi.

 

Ermənistanın hərbi-siyasi rəhbərliyi atəşkəsdən sonrakı illərdə Qarabağ münaqişəsi ilə bağlı təxribatçı açıqlamalar verməklə kifayətlənməmiş, öz cəmiyyətlərində Azərbaycanafob isteriyanı daha da qızışdırmışdı. Bu fonda dinc azərbaycanlılarla qarşı sərhəd bölgələrində hücumlar da təşkil olunurdu.

 

Atəşkəs illərinin ən ağır cinayətləri sırasında 2011-ci ildə baş verən 2 faciəni xüsusən qeyd etmək lazımdır. İlk hadisə həmin il martın 8-də Ağdam rayonunun təmas xəttinə yaxın Orta Qərvənd kəndində qeyd alınmışdı. Erməni snayper həmin gün öz evinin həyətində oynayan 9 yaşlı Fariz Bədəlovu məqsədli şəkildə nişan alaraq, qətlə yetirmişdi.


Avropa Şurası Parlamrnt Assambleyası daxil olmaqla, bir ısra beynəlxalq təşkilatlara bu cinayət faktı ilə bağlı müraciət olunmasına baxmayaraq, hərbi cinayətlərə dünya birliyinin adekvat reaksiya verməməsi, cəzasısızlıq işğalçı Ermənistanın özünü daha aqressiv aparmasına yol açmışdı.


Bunun nəticəsi kimi, 2011-ci il iyulun 14-də Tovuz rayonunun Yuxarı Mülkülü kənd sakini, 16 yaşlı Elsevər Cəfərov və onlarda qonaq olan 13 yaşlı Aygün Şahmalıyeva Tovuz çayının kənarından tapdıqları oyuncağı evə gətirmişdilər. Partlayıcı quraşdırılmış oyuncağın evdə partlaması nəticəsində 13 yaşlı Aygün Şahmalıyevə hadisə yerində dünyasını dəyişmiş, onun anası Elnarə Şahmalıyeva isə ayaqlarından xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

 

Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu xisləti demokratiya və insanlar hüquqları şüarları ilə hakimiyyətə gələn Nikol Paşinyanın hakimiyyətində də özünü biruzə verdi.


2020-ci il 27 sentyabrda cəbhədəki təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları fonunda hərb meydanında uduzan Ermənistan yenə dinc sakinləri hədəf aldı.


Belə ki, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə Ermənistan ordusunun açdığı raket atəşi nəticəsində 27 nəfər həlak oldu, 70-dən artıq insan isə yaralandı.


Oktyabrın 4-ü, 11-i və 17-də Gəncə şəhərinin bombalanması zamanı ümumilikdə 27 dinc sakin həlak oldu, 125 nəfər isə xəsarət aldı.


Raket hücumları Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinin birbaşa göstərişi ilə gerçəkləşmişdi.


Sadalanan faktlar Ermənistanda 30 il ərzində cinayətkar rejimlərin bir-birini əvəzlədiyini bir daha təsdiq edir.


Və bu dəfə sabiq prezident Sarkisyan indiki baş nazir Paşinyanı Gəncəyə “İsgəndər” raketi atmamaqda ittiham edir. Halbuki, Paşinyan xuntası 44 günlük Vətən müharibəsi dövründə 100-dən artqı dinc azərbaycanlını qətlə yetirdi.


Görünən odur ki, terrorçuluq, dinc sakinləri qətlə yetirmək Ermənistanın dövlət siyasətinin əsas prioritetidir. Öz əsasnamələri ilə terrora, dinc sakinlərin öldürülməsinə qarşı olan beynəlxalq təşkilatların belə məqamlarda səssiz qalmaları onların iç üzünü göstərir... (modern.az)


Geri dön