Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Universitetlərdə əyani tədris qismən bərpa olundu

Universitetlərdə əyani tədris qismən bərpa olundu


16-02-2021, 12:14. Yazar: Admin

Bu gündən ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub.

 

Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, bu gündən etibarən sözügedən təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılacaq.

 

Qeyd edək ki, digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdiriləcək.


Geri dön