Ana Sayfa > Karusel / Gündəm / İqtisadiyyat > "Fitch": Azərbaycanın neft ehtiyatları 25 ilə bəs edəcək

"Fitch": Azərbaycanın neft ehtiyatları 25 ilə bəs edəcək


16-02-2021, 11:02. Yazar: Admin

"Fitch": Azərbaycanın neft ehtiyatları 25 ilə bəs edəcək

Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamalar nəticəsində məlum olub.

Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb. Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.

"Fitch"ə görə, 2019-cu ildə ölkənin neft-qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,5 mln. ton, 2020-ci ildə isə 34,6 mln. ton neft istehsal edilib.APA


Geri dön