Ana Sayfa > Karusel / Sosial > Əlillik dərəcəsi təyininə görə rüşvət alan şöbə müdirinin məhkəməsi başlayır

Əlillik dərəcəsi təyininə görə rüşvət alan şöbə müdirinin məhkəməsi başlayır


12-02-2021, 09:19. Yazar: Admin

Image result for məhkəmə

1 saylı Respublika Psixiatriya Xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, cinayət işi hakim Siyavuş Hacıyevin icraatında araşdırılacaq.

Səriyyə Tanverdiyeva Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.

Səriyyə Tanverdiyeva əlillik dərəcəsinin təyin edilməsinə əsas olan saxta epikrizin təqdim edilməsi müqabilində vətəndaşlardan rüşvət almaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ititham verilib.


Geri dön