Ana Sayfa > Karusel / Kriminal > Dörd rayonda əməliyyat keçirilib, qanunsuz silah-sursat götürülüb

Dörd rayonda əməliyyat keçirilib, qanunsuz silah-sursat götürülüb


2-02-2021, 13:27. Yazar: Admin

 

DİN 4 rayonda əməliyyat keçirib, qanunsuz silah-sursat götürülüb

Polis əməkdaşları tərəfindən 4 rayonda keçirilən əməliyyatlarla odlu silahlar götürülüb.

Qarabaginfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Kəpəz Rayon polis  əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyevdən “Makarov” markalı nömrəsi silinmiş tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilib.

Bundan başqa, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə kənd sakinləri T.Gözəlov və Q.Gözəlov saxlanılıb. Onlardan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi və 1 ədəd çöl quşu götürülüb.

Beyləqan rayonunun Şəfəq qəsəbə sakini N.Cabbarlıdan və İsmayıllı rayonunun Mücühəftəran kənd sakini E.Piriyevdən isə müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

 


Geri dön