Ana Sayfa > Karusel / Sosial > BNA: Avtobus zolaqları boyunca kütləvi qanunsuz parklanma halları müşahidə olunur

BNA: Avtobus zolaqları boyunca kütləvi qanunsuz parklanma halları müşahidə olunur


26-01-2021, 22:33. Yazar: Admin

 

Bir dayanacaqda dayana biləcəyiniz zaman. Avtobus dayanacağında dayanmaq üçün cərimə. Dayanacaqda xüsusi qadağalar

Qara Qarayev prospekti - M.Hadi küçəsi - Gəncə prospektində hər iki istiqamətdə avtobus zolaqları təşkil edilməsinə baxmayaraq, əksər sürücülər tərəfindən qaydalara əməl olunmur. 

Qarabaginfo.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti, kütləvi qanunsuz parklanma halları müşahidə olunur. 

Bu səbəbdən gün ərzində bu ictimai nəqliyyat dəhlizindən keçən 43 marşrut xətti üzrə 700-dən çox avtobusun hərəkət qrafiki pozulur, intervallar gecikir. 

Nəticədə hər gün yüz minlərlə ictimai nəqliyyat istifadəçisi ciddi çətinliklərlə və vaxt itkisilə üzləşir. Sərnişinlərin səyahət müddəti lüzumsuz səbəbdən artır, dayanacaqlarda və avtobuslarda sıxlıqlar yaranır ki, bu da mövcud pandemiya şəraitində xüsusilə arzuolunmazdır. 

Zolaqların tələblərinin pozulması, eyni zamanda ümumi nəqliyyat axınına da mənfi təsir edir, sıxlıq və tıxac hallarını artırır. 

Bir daha sürücülərdən xahiş edirik ki, zolaqlarla bağlı yol nişanının tələbinə əməl etsinlər. 


Geri dön