Ana Sayfa > Karusel / Mədəniyyət > Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi təbrik edərək, təltif edib

Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi təbrik edərək, təltif edib


24-01-2021, 09:56. Yazar: Admin

Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olunub

Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır".

Eyni zamanda Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyevi "İstiqlal" ordeni ilə təltif edilib.


Geri dön