Ana Sayfa > Karusel / Sosial > Bakıda qamışlıq ərazidə yanğın baş verib

Bakıda qamışlıq ərazidə yanğın baş verib


16-01-2021, 20:18. Yazar: Admin

 

Masazırda binada yanğın olub | TURAN

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Qarabaginfo.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin səyi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Geri dön