Ana Sayfa > Karusel / Sosial > Bakıda 554 küçə dezinfeksiya edilib

Bakıda 554 küçə dezinfeksiya edilib


16-01-2021, 17:00. Yazar: Admin

Bakıda 554 küçə dezinfeksiya edilib - FOTO

Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq yanvar ayının 16-da  səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yeni 2021-ci ildə ikinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə 20-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı 554 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

 

Bakıda 554 küçə dezinfeksiya edilib - FOTO

Geri dön