Saytımızı qiymətləndirin


 
 

ÜDM-in strukturunda neft-qaz və qeyri neft-qaz sektorlarının payı bərabərləşib
Tarix: 12-08-2022 | Saat: 18:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

ÜDM-in strukturunda neft-qaz və qeyri neft-qaz sektorlarının payı bərabərləşib

Bu ilin yanvar-iyun aylarında ÜDM-in strukturunda neft-qaz və qeyri neft-qaz sektorlarının payı bərabərləşib və aparılmış təhlillər iqtisadi artımın qeyri neft-qaz sahələri hesabına təmin olunduğunu deməyə əsas verib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Hesablama Palatasının 2022-ci il dövlət büdcəsinin icrasına dair yarımillik məlumatında əksini tapıb.

İqtisadi artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2%-ə bərabər olub.

Qeyri neft-qaz sahələrinin 9,6%-lik artımı fonunda neftqaz sahələri üzrə cüzi artımın (0,2%) qeydə alınması iqtisadi artımda neft amilinin rolunu azaldıb. ÜDM-in həm neft, həm də qeyri-neft sahələrində nominal artımların qeydə alınması dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirib.



Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər