Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 733 vaksin vurulub.

Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 836 046 təşkil edir.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza vaksin vurduranların sayı 1 070, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 208 nəfərdir.