Qazaxıstan yanacaq xammalının dünya bazarlarına çatdırılması yollarının şaxələndirilməsini fəal şəkildə müzakirə edir. 

Qarabaginfo.az xəbər verir ki, bunu Qazaxıstan parlamentinin deputatı Aydos Sarım deyib.

Bununla bağlı respublikanın hakimiyyət orqanları neftin Çin, İran və Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılmasının yeni yollarını axtarmaq niyyətindədir.

Onun sözlərinə görə, dünyada baş verən hadisələr göstərir ki, "Rusiya çox da etibarlı tərəfdaş deyil".