Saytımızı qiymətləndirin


 
 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru Qarabağda oğluna toy edir
Tarix: 12-08-2022 | Saat: 15:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan Qarabağa qanunsuz səfər edib.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Artur Vanetsyanı bu səfərdə bütün ailəsi müşayiət edir: həyat yoldaşı, valideynləri və övladları.

Məlum olub ki, Artur Vanetsyan oğlunu evləndirmək üçün Qarabağa gedib.


Bildirilir ki, A.Vanetsyanın böyük oğlu Artyom uzun müddətdir Qarabağdakı separatçı-terrorçu dəstənin “daxili işlər naziri” Karen Sarkisyanın qızı ilə dostluq edir.


Valideynlər gənclərin ailə qurmağa tələsməyəcəyini düşünsə də, onlar özləri bunu sürətləndiriblər.
 

Artur Vanetsyan həm də Ermənistanın müxalif "Vətən" partiyasının lideridir. O, bu ilin iyununda parlamentin üzvlüyündən imtina edib. A.Vanetsyan baş nazir Nikol Paşinyanın qatı əleyhdarlarından biridir.(Modern.az)

 



Xəbəri paylaş

1183 dəfə oxunub.

Digər xəbərlər