Saytımızı qiymətləndirin


 
 

MN Ermənistana məxsus helikopterin Xocavənddə aşkarlanan qalıqlarının videogörüntüsünü yayıb - VİDEO
Tarix: 12-08-2022 | Saat: 12:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları

 

Müdafiə Nazirliyi dünən Xocavənd rayonunun Tuğ kəndində aşkarlanan, Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının videogörüntüsünü yayıb.

Qeyd edək ki, dünən Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

Qarabaginfo.az həmin videogörüntünü təqdim edir:

https://cdn.apa.az/storage/apa.az/video-cdn/1078a68ab394a016b7337827928ea6db.mp4 -VİDEO LİNK!



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər