Saytımızı qiymətləndirin


 
 

Larisa Alaverdyan: "Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər"
Tarix: 11-08-2022 | Saat: 17:32
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistandakı “Məhkəmə özbaşınalığına qarşı” təşkilatının icraçı direktoru Larisa Alaverdyan deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılmasını qarşısına dəqiq vəzifə qoyub və artıq bu əməliyyatı ardıcıl surətdə həyata keçirir.

“Ermənistanın demək olar ki, bütün bölgələrində azərbaycanlılar yaşayırdı. İrəvanın mövcud geosiyasi vəziyyətin Bakının xeyrinə dəyişdiyi reallığı ilə barışmaqdan başqa yolu yoxdur”,-  Alaverdiyan deyib.

34 il əvvəl Zəngəzurda, xüsusən də Ağudi (Qarakilsə) kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdyan bildirib ki, buna şərait yaradılarsa, onlar bura qayıda bilərlər.

“Azərbaycanlıların gözlədiyi şərait artıq yaradılıb”, – o deyib.

Qarabağın erməni sakinlərinin gələcək taleyi ilə bağlı sualı cavablandıran Alaverdyan qeyd edib ki, onların Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa seçimləri yoxdur.(Konkret.az)




157 dəfə oxunub.

Digər xəbərlər