Saytımızı qiymətləndirin


 
 

Ukrayna Prezidenti: "Zaporejye AES-də tarixin ən böyük radiasiya qəzası ola bilər"
Tarix: 11-08-2022 | Saat: 16:58
Bölmə:Karusel / Region | çapa göndər

 

Владимир Зеленский: Украина стремится к тесному взаимодействию с Африкой » Голос СНГ

“Zaporejye Atom Elektrik Stansiyasında tarixin ən böyük radiasiya qəzası ola bilər”.

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müttəfiqlərinin Donor Konfransındakı çıxışı zamanı deyib.

“Sovet hakimiyyəti Çernobıl fəlakətini və onun bütün fəsadlarını gizlətməyə çalışıb. Rusiya hakimiyyət daha təhlükəlidir. Onlar özləri nüvə fəlakəti riskini maksimuma çatdırmaq üçün hər şeyi edirlər və bütün dünyaya yalan danışırlar. Başqasını günahlandırmaq istəyirlər”, - o bildirib.

Zelenskinin sözlərinə görə, Avropanı bu təhlükədən qorumaq lazımdır: “Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası bizim qitəmizdə ən böyük, dünyada üçüncü Atom Elektrik Stansiyasıdır. Rusiya ordusu bu obyektdən terror və təxribat üçün istifadə edə bilər. Rusiya hərbçiləri bilməlidirlər ki, onlar öz əməlləri ilə bütün Avropanı nüvə fəlakəti təhlükəsi altında qoyurlar”.

Prezidentin fikrincə, Rusiyanın qanadlı raketlərinin Ukraynadakı AES üzərindən hərəkəti təsadüfi deyil: “Bütün bunlar Rusiyanın nüvə terrorizminin təzahürləridir”.

Dövlət başçısı vurğulayıb ki, Zaporejyedə baş verən fəlakətin nəticəsi Çernobıldakından daha ağır ola bilər: “Biz hamımız birlikdə terrorun qarşısını ala bilərik. Rusiyanı nə qədər tez dayandırsaq, Avropa və dünya özünü bir o qədər tez təhlükəsiz hiss edəcək”.



Xəbəri paylaş

1193 dəfə oxunub.

Digər xəbərlər
14-07-2022, 07:02 Rusiyada vulkan püskürüb