Saytımızı qiymətləndirin


 
 

ETSN: Bu gün püskürən palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur
Tarix: 11-08-2022 | Saat: 12:16
Bölmə:Karusel / Hadisə | çapa göndər

ETSN: Bu gün püskürən palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Qarabaginfo.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur:

“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir”.

Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanlarından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb.



Xəbəri paylaş

1150 dəfə oxunub.

Digər xəbərlər
21-05-2021, 09:10 Ağstafada zəlzələ oldu