Saytımızı qiymətləndirin


 
 

Britaniya XİN: Azərbaycan səfirliyinə hücuma dair təhqiqata dəstək vermək üçün polislə işləyirik
Tarix: 09-08-2022 | Saat: 15:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

Britaniya XİN: Azərbaycan səfirliyinə hücuma dair təhqiqata dəstək vermək üçün polislə işləyirik - EKSKLÜZİV

Biz etirazçıların Azərbaycanın Londondakı səfirliyinə icazəsiz daxil olması ilə bağlı insidentdən xəbərdarıq və polislə birgə təhqiqata dəstək vermək üçün işləyirik.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyindən (XİN) APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Böyük Britaniya Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasından irəli gələn öhdəliklərinə ciddi yanaşır, diplomatik ictimaiyyətin və onların binalarının təhlükəsizliyinin mühüm əhəmiyyət kəsb etdiyini qəbul edir.



Xəbəri paylaş

1165 dəfə oxunub.

Digər xəbərlər