Saytımızı qiymətləndirin


 
 

Ermənilər Laçın və Zabuxda qanunsuz inşa edilən “abidələri” də köçürür
Tarix: 09-08-2022 | Saat: 11:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

2022/04/1651218154.jpg

 

Ermənilər avqustun 25-dək Laçın və Zabux kəndini tərk etməlidir. Bəzi ermənilər tərk etdikləri evləri yandıraraq vandalizm aktları törədir.

Bununla yanaşı ermənilər Laçın və Zabuxda qanunsuz inşa edilən “abidələri” də köçürür.

Erməni mətbuatının məlumatına görə, ermənilər Laçın və Zabuxda yerləşən kilsələrdəki xaçkarları, “xatirə daşları”nı özləri ilə aparmaq qərarına gəliblər.

Qeyd edək ki, bundan əvvəl ermənilər Kəlbəcər, Laçın və Ağdam şəhərlərini tərk edərkən də eyni vandalizm aktlarını törədiblər. Onlar öz qəbiristanlıqlarını dağıdıb, kilsələrdəki maddi-mədəniyyət nümunələrini özləri ilə aparıblar.


Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər