Saytımızı qiymətləndirin


 
 

ABŞ Ukraynaya yeni hərbi yardım ayırdı - SİYAHI
Tarix: 08-08-2022 | Saat: 21:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Paketin həcmi 1 milyard dollardır. Bununla da ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımın həcmi 10 milyard dollara yaxınlaşıb.

Yeni paketə aşağıdakı hərbi sistemlər daxildir:

- HIMARS raket sistemləri üçün sursatlar

- 155 mm çaplı artilleriya qurğuları üçün 75 min mərmi

- "Javelin" tank əleyhinə raket sistemləri üçün 1000 ədəd raket

- 20 ədəd minaatan qurğusu və 20 min ədəd 120 mm çaplı minaatan mərmisi

- NASAMS zenit-raket kompleksləri üçün sursatlar

- 50 ədəd tibbi zirehli maşın

- Müxtəlif təyinatlı minalar, partlayıcı qurğular

- Tibbi avadanlıqlar və s.



Xəbəri paylaş

1203 dəfə oxunub.

Digər xəbərlər