Saytımızı qiymətləndirin


 
 

Rusiya Ermənistan-İran sərhədinin mühafizəsini gücləndirir
Tarix: 08-08-2022 | Saat: 17:38
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiya Ermənistan-İran sərhədinin mühafizəsini gücləndirir

Rusiya Ermənistanla İran arasında dövlət sərhədində nəzarəti gücləndirir.

Qarabaginfo.az xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi təsdiqləyib.

Bildirilib ki, 8-9 ay əvvəl Ermənistanın Mehri rayonu ərazisində 5 modul tipli məntəqə quraşdırılıb.

Məlumata görə, Rusiya hərbi hissəsi həmin ərazidə 67 ildir xidmət edir. Ancaq indiyədək Ermənistan-İran sərhədində belə məntəqə olmayıb.

Qeyd edilib ki, bu, İrandan Ermənistana narkotik və psixotrop maddələrin qanunsuz ötürülməsi hallarının artması fonunda baş verib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi Ermənistan-İran, Ermənistan-Türkiyə dövlət sərhədini, Ermənistan Daxili Qoşunları Azərbaycanla sərhədi, Ermənistan Milli Təhlükəsizlik Xidməti isə Gürcüstanla sərhədi mühafizə edir.



Xəbəri paylaş

1174 dəfə oxunub.

Digər xəbərlər