Saytımızı qiymətləndirin


 
 

Taxıl dəhlizindən 10 gəmi ilə 305 min ton taxıl daşınıb
Tarix: 08-08-2022 | Saat: 15:30
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Taxıl dəhlizindən 10 gəmi ilə 305 min ton taxıl daşınıb

Son bir həftə ərzində “taxıl dəhlizi” vasitəsilə Ukraynanın Qara dəniz limanlarından 305 458 ton taxıl göndərilib.

Qarabaginfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya ilə əldə edilmiş “taxıl razılaşması”ndan sonra Ukraynadan ümumilikdə 10 gəmi yola salınıb.

İlk gəmi avqustun 1-də yola düşüb. Bu vaxta qədər Ukraynadan Türkiyəyə yola salınmış 4 gəminin ümumilikdə 170 458 ton qarğıdalı çatdırması planlaşdırılıb. Yola çıxmış gəmilərdən birincisi olan “Polarnet” bu gün Türkiyənin Kocaeli limanına çatıb. Gəmi Türkiyə limanına 12 min ton qarğıdalı çatdırıb. Digər 6 gəminin isə İtaliya, Çin, İrlandiya, İngiltərə, Livana yola salındığı bildirilib.



Xəbəri paylaş

1185 dəfə oxunub.

Digər xəbərlər
13-12-2023, 13:29 Sabah Bakıya qar YAĞACAQ