Saytımızı qiymətləndirin


 
 

Ermənilər Laçına od vurur – Sülhməramlılar onlara kömək edir
Tarix: 08-08-2022 | Saat: 13:49
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçın rayonunun bəzi ərazilərində qanunsuz məskunlaşan ermənilərə avqust ayının sonunadək vaxt verilib. Onlar bu müddət ərzində Azərbaycan torpaqlarını tərk etməlidir. Əks təqdirdə Azərbaycan adekvat addımlar atmaq məcburiyyətində qalacaq. 

Ermənistan mediasında yer alan xəbərlərdə Laçındakı ermənilərə evlərindən çıxmaları üçün xəbərdarlıq edildiyi bildirilir. Qeyd olunub ki, ermənilər Laçından çıxarkən evləri yandırmağa, yaşayış məskənlərinə əllərindən gəldiyi qədər ziyan vurmağa hazırlaşırlar. 

Xatırlatmaq yerinə düşər ki, bu, ermənilərin ilk belə barbar hərəkəti deyil. Bundan öncə Ağdam və Kəlbəcərdən çıxanda da ermənilər yaşadıqları evləri yandırıb, meşələri qıraraq insanlığa sığmayan vandallıq törədiblər. Oxşar hadisələr bu gün Laçında təkrar olunur. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, ermənilərdən hər pisliyi gözləmək olar:

 

“Ermənilərin murdar hərəkətləri hamıya məlumdur. 2020-ci ilin noyabr ayında ermənilərə Kəlbəcərdən çıxmaq üçün 10 gün vaxt verilmişdi. Onlar ərazilərimizdən çıxdıqca oraları minalayır, evləri yandırırdılar. Hər şeyi dağıdıb taladılar. Buna görə də, indi daha diqqətli olmalıyıq”. 

 

 

Deputat hesab edir ki, Rusiya sülhməramlıları ermənilərin vandal əməllərinə göz yumur, bir növ onlara dəstək nümayiş etdirirlər:

 

“Bu gün bəzi ərazilərə Rusiya sülhməramlı kontingenti nəzarət edir. Əvvəla biz həmin sülhməramlı kontingentə xəbərdarlıq etməliyik ki, prosesə ciddi nəzarət etsinlər. Ermənilərin belə yaramaz hərəkətlərinə icazə verməsinlər. Ancaq mən inanmıram ki, Rusiya sülhməramlı kontingenti ermənilərin qarşısını ala, əksinə bəlkə, özləri kömək də edəcəklər. Buna görə ermənilər Laçından çıxmamışdan qabaq bizim o ərazilərdə xidmət göstərən hərbi kontingentimiz, başqa səlahiyyətli qurumlarımız bunun qarşısını almaq üçün qabaqcadan tədbirlər görməlidir. Əks təqdirdə Laçında nə varsa hamısını yandırıb, viran qoyub gedəcəklər. Bura bizim öz ərazimizdir. Biz tam səlahiyyətlə öz ərazimizdə istənilən hərəkəti edə bilərik. Bunların qarşısını almaq üçün heç kimə etibar etməməliyik".

 

Qeyd edək ki, ermənilər düz 30 il əvvəl Laçını işğal edərkən şəhəri yandırıb, doğma yurdumuzu viran qoymuşdular. Bu dəfə də barbarlar Laçını tərk edərkən eyni cinayət əməlini törətməkdən belə çəkinmirlər. 



Xəbəri paylaş

1183 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70