Saytımızı qiymətləndirin


 
 

61 bağça müdiri işdən çıxarılıb, biri ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilib
Tarix: 08-08-2022 | Saat: 12:37
Bölmə:Karusel / Təhsil | çapa göndər

61 bağça müdiri işdən çıxarılıb, biri ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqləri mütəmadi olaraq davam etdirir.

Nazirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb.

Eyni zamanda, 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.



Xəbəri paylaş

1196 dəfə oxunub.

Digər xəbərlər