Saytımızı qiymətləndirin


 
 

Nazirlik I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb
Tarix: 08-08-2022 | Saat: 11:02
Bölmə:Karusel / Sosial | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişiklik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı uğurla davam edir.

Proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri olmuş şəxsləri əhatə edir.

Sənədləri e-sistemdə mövcud olan şəxslərə bu ödəmə proaktiv şəkildə ödənilir. Sənədləri e-sistemlərdə olmayanlar isə sənədlərini aidiyyəti qurumlara müraciət etməklə elektronlaşdırır, bundan sonra Dövltə Sosial Müdafiə Fondu tərəfindən ödəniş həyata keçirilir. Bu barədə daha ətraflı məlumatı 

https://sosial.gov.az/post_576347

 linkə daxil olmaqla öyrənmək olar.

Birdəfəlik ödəmə ilə təmin olunanlar arasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı da var.



Xəbəri paylaş

1208 dəfə oxunub.

Digər xəbərlər
24-12-2020, 14:05 Sabahın hava proqnozu