Saytımızı qiymətləndirin


 
 

Rusiya və Türkiyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıb
Tarix: 05-08-2022 | Saat: 22:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya və Türkiyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünün qismən rublla ödənilməsinə razılaşıblar.

Qarabaginfo.az-ın “TASS“-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına dair bildirib.

“Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr qaz tədarükününün vacib komponenti müzakirə olunub. Danışıqlar əsnasında prezidentlər razılaşdırdılar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik”, - Novak bildirib.




122 dəfə oxunub.

Digər xəbərlər