Saytımızı qiymətləndirin


 
 

Səbaildə şəhid ailələri və rayon ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
Tarix: 05-08-2022 | Saat: 20:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Səbaildə şəhid ailələri və rayon ictimaiyyət nümayəndələri ilə görüş keçirilib - FOTO

Avqustun 4-də Səbail Rayon İcra Hakimiyyətində (RİH) şəhid ailələri, qazilər və rayon ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Səbail Rayon İcra Hakimiyyətində verilən xəbərə görə, görüşdə rayon icara hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələri, müharibə əlilləri və veteranları və rayon ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsi olduğunu qeyd edib.

Görüş zamanı Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan bəhs edən millət vəkili Nigar Arpadarai və digər rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışmış, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıb.

Görüşdə iştirak edən şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova, şəhid İsrail Məmmədovun həyat yoldaşı İpək İsmayılova, həmçinin digər şəhid ailələrinin üzvləri və müharibə əlilləri çıxış edərək şəhid ailələrinin üzvləri, qazilərimiz onların rifahı, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını, diqqət və qayğı ilə əhatə olunduqlarına görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib.

Daha sonra Səbail RİHBA-nın şöbə müdiri Qabil Vahidov “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.



Xəbəri paylaş

1189 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70