Saytımızı qiymətləndirin


 
 

Qırğız Respublikası XİN Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib
Tarix: 05-08-2022 | Saat: 20:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qırğız Respublikası XİN Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib

Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Qırğız Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, - deyə bəyanatda bildirilir.




119 dəfə oxunub.

Digər xəbərlər