Saytımızı qiymətləndirin


 
 

Mətbuat Şurası: "Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir"
Tarix: 05-08-2022 | Saat: 18:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ceyhun Əsgərov

"Jurnalist Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir".

Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov deyib.

 

O bildirib ki, jurnalist Ceyhun Əsgərov müalicə ilə bağlı Mətbuat Şurasına müraciət edib: “Sədr müavini Umud Mirzəyev onunla görüşüb. Jurnalistin səhhəti diqqətdə saxlanılır. Bununla bağlı TƏBİB və müvafiq qurumlarla da danışılıb. Keçən dəfə xəstəxanaya yerləşdirildiyi gün iki saat sonra öz istəyi ilə xəstəxanadan çıxdı. Biz də təklif edirik ki, ona müəyyən müddət müalicə lazımdır. Çox təəssüf ki, o həkimlərin tövsiyələrini dinləmir. Ceyhun Əsgərovun müalicəyə ehtiyacı var və həkimlər onu müalicə etməyə hazırdır", - o bildirib.



Xəbəri paylaş

1205 dəfə oxunub.

Digər xəbərlər