"Bu, Azərbaycan dövlətinə qarşı böyük bir təxribatdır. Buna, Azərbaycanda cəhalətin yayıcısı olan qüvvələrin dəstəklənməsi istiqamətində, Böyük Britaniyanın xüsusi xidmət orqanlarının iştirakı ilə müəyyən dərəcədə Azərbaycana qarşı atılan təxribatçı addım kimi baxıılmalıdır. Çünki belə hadisə vardırsa, Britaniya xüsusi xidmət orqanları bunun qarşısı kəsməli idilər". 

Qarabaginfo.az-ın xəbərinə görə, bunu "Unikal"a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bir qrup dini radikalçının Azərbaycanın Londondakı səfirliyinə hücumu ilə bağlı danışarkən deyib.

"Digər tərəfdən, onların ölkəmizdə də uzantıları var. Onlar Azərbaycanda da kifayət qədər böyük şəbəkələşmiş qüvvədirlər. Bu hücumu edənlər iranyönümlü deyillər, amma mahiyətcə hədəfləri eynidir. Bayrağı endirmək bunların da hədəfidir. Ona görə də bütövlükdə bu şəbəkələşməyə qarşı mübarizə aparmalıyıq. Son 10 ildə xronikanı götürsək, dövlətimizə qarşı kifayət qədər ciddi addımlar atılıb. Buna qarşı mübarizəmiz çox effektsizdir. Mübarizə polis və xüsusi xidmət orqanları üzərinə yüklənib. Onlar fədakarlıq edirlər, qarşısını almağa çalışırlar. Amma burada ilk növbədə səlahiyyətli qurumların fədakarlıq göstərməsinə, daha sistemli fəaliyyətinə ehtiyac var. Bu isə demək olar ki, görünmür. İdeoloji işimiz sıfır vəziyyətindədir. Bu istiqamətdə işləri daha da sürətləndirmək lazımdır. Azərbaycanı gələcək təhlükələrdən qorumaq üçün cəmiyyətimizin bu prosesə qoşulması vacibdir. Burada kiminsə inancından söhbət getmir. Əsas məsələ dövlətimizə qarşı olan düşmənçilikdən, başqa ölkəyə bağlı olan qüvvələrdən gedir. Azərbaycanda xeyli qüvvə var ki, bunlar başqa ölkələrdəki ayrı-ayrı ruhaniləri təqlid edirlər". 

Partiya sədri qeyd edib ki, Prezident Qarabağın azadlığı üçün fədakarlıq edir, dünya dövlətləri ilə üz-üzə qalıb, problemi həll etməyə çalışır, amma ayrı-ayrı sahələrdə hamı kefindədir:

"Gözləyirlər ki, nə zaman yuxarıdan kimsə tapşırıq versə, həmin işi etsinlər. Təşəbbüskarlıq yoxdur. Diniz bayraqlarla bağlı dəfələrlə dedik. Dinin bayrağı var? Məsciddə Azərbaycan bayrağından başqa nə olmalıdır? Bu işlərlə bağlı məsuliyyətli olmaq lazımdır. Bəzilərinin başı pul yığmağa qarışıb. Vətən, bayraq arxa planda qalıb. Səfirliklə bağlı məsələdən deyillər, buna da diqqət etmək lazımdır. Çoxusu üçün Avropa ölkələri kef yeridir. Bir yerdə kiminsə yaxını varsa, gedib orada kef etdi. Buna da diqqət etmək lazımdır ki, bayrağı qoruya biləcək zehniyyətdə insanlar dövləti təmsil etməlidir".

Deputat bildirib ki, bu, əvvəlcədən düşünülmüş, planlaşdırılmış aksiyadır: