Saytımızı qiymətləndirin


 
 

 Lavrov Qarabağdakı gərginliyə münasibət bildirib
Tarix: 04-08-2022 | Saat: 16:28
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

 

Лавров назвал задачу России в связи с новым конфликтом в Карабахе — РБК

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı gərginliyə münasibət bildirib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, o, regiondakı gərginlikdən narahat olduğunu deyib.

“Rusiya Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır. Qarabağdakı ziddiyyətlər diplomatik yolla həll edilməlidir”, - S.Lavrov söyləyib.

Rusiya XİN-dən isə bildirilib ki, ölkənin ali rəhbərliyi, həmçinin S.Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə Qarabağdakı vəziyyətlə bağlı sıx təmasdadır.



Xəbəri paylaş

1168 dəfə oxunub.

Digər xəbərlər
4-02-2019, 10:25 Bürclər- 4 fevral