Saytımızı qiymətləndirin


 
 

Şəhid olan əsgərimiz Şəmkirdə dəfn olunacaq
Tarix: 03-08-2022 | Saat: 12:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Şəhid məzarını necə tanıyaq?

Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq.

Bu barədə Qarabaginfo.az-a Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Məlumata görə, şəhid A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Allah rəhmət eləsin!



Xəbəri paylaş

1163 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70