Saytımızı qiymətləndirin


 
 

"Neftçi"nin Konfrans Liqasında potensial rəqibi məlum oldu
Tarix: 02-08-2022 | Saat: 16:51
Bölmə:Karusel / İdman | çapa göndər

İsveçrənin Nyon şəhərində Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.

 

Qarabaginfo.az-ın məlumatına "Neftçi" üçüncü mərhələdə Avstriyanın "Rapid" klubunu üstələyəcəyi təqdirdə "Vaduts" (Lixtenşteyn) - "Konyaspor" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 18-də, cavab matçları isə avqustun 25-də olacaq. "Neftçi" "Rapid"ə qarşı ilk görüşünü avqustun 4-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 11-də Vyanada keçirəcək.



Xəbəri paylaş

1196 dəfə oxunub.

Digər xəbərlər