Saytımızı qiymətləndirin


 
 

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlanıb
Tarix: 01-08-2022 | Saat: 14:38
Bölmə:Karusel / Təhsil | çapa göndər

Peter Mixalko: Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlığı yüksək qiymətləndirirəm - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Qarabaginfo.az-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi 16-28 avqust, 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə isə 8-17 avqust tarixlərində aparılacaq.

İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə iyulun 21-də keçirilən imtahan nəticələri bu həftə ərzində elan olunacaq.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər