Saytımızı qiymətləndirin


 
 

Bakıda məmurların qanunsuz tikililərinin söküntüsü başladı
Tarix: 29-07-2022 | Saat: 11:32
Bölmə:Karusel / Sosial | çapa göndər

Bakıda məmurların qanunsuz tikililərinin söküntüsü başladı

Bakıda dəniz kənarında çəkilmiş qanunsuz hasarlar, tikilmiş obyektlər sökülür. 

Qarabaginfo.az xəbər verir ki, artıq dənizə giriş-çıxışa mane olan bütün tikililərin söküntüsü başlayıb.

Proses ilk olaraq Xəzər rayonunun Buzovna qəsəbəsindən başlayıb. Əvvəllər söküntüyə etiraz edən obyekt sahibləri artıq ərazidə gözə dəymirlər.

Məlumata görə, qanunsuz tikililərin siyahısı tam olaraq hazırlanıb və söküntü siyahıya uyğun şəkildə aparılır. Siyahıda məmur-oliqarxların, sahibkarların adları var. Lakin insanların rahatlığına maneə yaradan oliqarx məmurlar və sahibkarlar indi həmin tikilidən imtina etmiş kimi görünürlər.

Qanunsuz villa və hasarları sökmək üçün əraziyə xeyli sayda texnika cəlb olunub. Tikililərin bəzisi 3-4 qat daşla hörülüb. Üstəlik betondan istifadə edildiyi üçün sökülməsi vaxt aparır və ağır texnika cəlb edilib.

Söküntü işlərinin mərhələli şəkildə digər ərazilərdə də aparılacağı gözlənilir.

Xatırladaq ki, 25 iyulda Prezident İlham Əliyev bir neçə rayon icra hakimiyyətini qəbul edərkən Buzovna qayalarının bəzi insanlar tərəfindən zəbt edildiyini bildirib. Ölkə başçısı bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin başçısına göstəriş verdiyini qeyd edib. 

“Bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var”. 

(Cebhe.info)



142 dəfə oxunub.

Digər xəbərlər