Saytımızı qiymətləndirin


 
 

“Neftçi” Azərbaycan futbolu tarixinə düşüb
Tarix: 29-07-2022 | Saat: 10:35
Bölmə:Karusel / İdman | çapa göndər

“Neftçi” Azərbaycan futbolu tarixinə düşüb

“Neftçi” Azərbaycan klublarının avrokuboklar tarixindəki ən böyük geridönüşünə imza atıb.

Qarabaginfo.az xəbər verir ki, Laurentsiu Regekampfın yetirmələri Konfrans Liqasının II təsnifat mərhələsində “Aris” səddini keçib.

Kiprdə 0:2 hesabı ilə uduzan “ağ-qaralar” Bakıdakı matçda iki topluq geriliyi aradan qaldırıb. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla keçib.

Avrokuboklar tarixinə baxsaq, Azərbaycan klubları dəfələrlə minimal fərqli məğlubiyyətin əvəzini çıxıb. Sonuncu belə mini-kambek cari mövsüm qeydə alınıb. “Qarabağ” Polşadakı 0:1 hesablı məğlubiyyətdən sonra “Lex”i darmadağınla keçib – 5:1.

Amma avrokubok səhnəsinə 1994-cü ildə çıxan Azərbaycan təmsilçiləri 2 və ya daha çox fərqi ilə uduzduğu qarşılaşmalardan heç birinin revanşını ala bilməyib. “Neftçi”yə qədər 41 belə nəticə qeydə alınmışdı. Bunların 30-u səfər görüşünə təsadüf edib. Heç bir halda da 2 və ya daha yüksək gerilik aradan qaldırılmayıb. Konkret eyni nəticəyə nəzər salsaq, “Neftçi”yə qədər 5 dəfə komandamız səfərdəki 0:2-dən sonra revanş üçün ev matçına çıxıb. Amma “Bakcell Arena”ya qədər kambek yaşanmayıb.




135 dəfə oxunub.

Digər xəbərlər