Saytımızı qiymətləndirin


 
 

Bünyad Sərdarov adına Maşınqayırma Zavodu hərraca çıxarılacaq
Tarix: 28-07-2022 | Saat: 16:51
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Bünyad Sərdarov adına Maşınqayırma Zavodu hərraca çıxarılacaq

16 və 23 avqust tarixlərində özəlləşdirmə hərracları keçiriləcək.

Əmlak Məsələləri Dövlət Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, avqustun 16-da keçiriləcək hərraca 26 nəqliyyat vasitəsi, 23 avqustda təşkil olunacaq hərraca isə 17 kiçik dövlət müəssisəsi və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə ki, onların arasında kənd təsərrüfatı, ticarət, xidmət, tikinti materiallarının istehsalı və digər təyinatlı obyektlər vardır. Satışa çıxarılacaq müəssisə və obyektlər paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir. Obyektlərin əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ilkin start qiyməti 750 manatdan başlayır.

Ən yüksək ilkin start qiyməti "Bünyad Sərdarov adına maşınqayırma zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşən bu müəssisənin ümumi dəyəri 16 061 000 manat təşkil edir, bunun 1 692 075 manatlıq hissəsi əmək kollektivinə güzəştli satışa, 14 368 925 manatlıq hissəsi isə hərraca yönəldilib.

Əmlakın ümumi faydalı sahəsi 58 472 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 117 787 kvadratmetrdir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1970-2011-ci illəri əhatə edir.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər