Saytımızı qiymətləndirin


 
 

Paris-2024 Yay Olimpiya Oyunlarının proqramı açıqlanıb
Tarix: 25-07-2022 | Saat: 23:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

블록체인 전망 - 코박 통합검색

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramı açıqlanıb.

Qarabaginfo.az Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbə verir ki, yarışda ilk medallar iyulun 27-də sahibini tapacaq. Həmin gün idmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, küçə skeytbordinqi, üzgüçülük, suya tullanma, reqbi və atıcılıq üzrə mübarizə aparacaqlar.

Olimpiadanın sonuncu günündə - avqustun 11-də isə güləş, atletika (marafon), ağırlıqqaldırma, basketbol, ​​su polosu, trek velosipedi, pentatlon və həndbol üzrə medalların sahibi bəlli olacaq.

Rəsmi bilet satışı 2022-ci ilin dekabrında başlayacaq. Təşkilatçıların sözlərinə görə, satışa 10 milyona yaxın bilet çıxarılacaq. Onların 1 milyondan çoxu 24 avroya, demək olar ki, 50 faizi 50 avroya, üçüncü kateqroriya 100 avroya satılacaq. Qalan 15 faiz isə daha yüksək qiymətə təklif olunacaq. Ən bahalı biletin qiyməti təxminən 950 avro olacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avsqustun 11-dək təşkil olunacaq.



Xəbəri paylaş

1204 dəfə oxunub.

Digər xəbərlər