Saytımızı qiymətləndirin


 
 

2026-cı ilədək tikiləcək əsas yollar müəyyənləşib
Tarix: 22-07-2022 | Saat: 15:45
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Naxçıvanda müasir yol infrastrukturu yaradılıb - AZƏRTAC

Daxili və transsərhəd yol-nəqliyyat infrastrukturunun tikintisinin həyata keçirilməsi və zəruri sistemlə təmini nəzərdə tutulub.

 

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

 

Planın əsas icraçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.

 

İlkin olaraq müvafiq yol-nəqliyyat infrastrukturunun tikintisinə dair tədbirlər icra ediləcək. Tədbirlər Planına əsasən, 2022-2026-ci illərdə Astara çayı üzərində körpünün tikintisi, Muğanlı‒İsmayıllı‒Qəbələ avtomobil yolunun və Ağsuçay üzərində körpünün tikintisi, Bakı‒Quba‒Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi həyata keçiriləcək.

 

Nəticədə, müvafiq marşrutlar üzrə yük və sərnişin daşımaların həcminin artması təmin ediləcək.



Xəbəri paylaş

1218 dəfə oxunub.

Digər xəbərlər
28-09-2021, 13:25 İranda zəlzələ olub


Bu gün, 14:45Tofiq Hüseynov - 70