Putinin kiçik qızı Yekaterina Tixonova Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) idxalın əvəzlənməsi və texnoloji müstəqillik üzrə koordinasiya şurasının sədri təyin edilib.

Qarabaginfo.az xəbər verir  ki, bu barədə  RSPP-nin mətbuat xidməti məlumat yayıb. 

Həmçinin, Tixonova 2020-ci ildənLomonosov adına Moskva Dövlət Universitetinin Süni İntellekt və İntellektual Sistemlərin Təkmilləşdirilməsi İnstitutuna rəhbərlik edir. Bundan əlavə, o, "İnnopraktika" fondunun rəhbəridir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ və Avropa İttifaqı Tixonova və Putinin digərqızı Mariya Vorontsovaya qarşı sanksiyalar tətbiq edib.

Bildirilir ki, yeni şura “RSPP orqanlarının idxalın əvəzlənməsi üzrə işini əlaqələndirmək, idxal olunan avadanlığın Rusiya ilə əvəz edilməsi üzrə uğurlu təcrübələri ümumiləşdirmək, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi üçün təklif hazırlamaq məqsədi ilə yaradılıb”.(Unikal)