Saytımızı qiymətləndirin


 
 

Kiyevdə həbs edilən azərbaycanlılarla bağlı Ukrayna XİN-ə məktub ünvanlanıb 
Tarix: 05-07-2022 | Saat: 13:29
Bölmə:Karusel / Region | çapa göndər

Kiyevdə həbs edilən azərbaycanlılarla bağlı Ukrayna XİN-ə məktub ünvanlanıb - EKSKLÜZİV

Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu Kiyev şəhərində saxlanıblar.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, ərəb mənşəli İspaniya vətəndaşı Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlundan şikayətçidir.

Diqqətə çatdırılıb ki, prosesə kənar müdaxilələrin olması barədə fakt aşkar edilməyib.

“Kifayət qədər sübut olmadığı üçün həbs müddəti iyulun ortalarınadək uzadılıb. Səfirlik mühakimə olunanların ailələri və vəkilləri ilə təmasdadır, prosesin mümkün sürətləndirilməsinə dəstək göstərilməsi məqsədilə Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) məktub ünvanlanıb”, - qeyd olunub.

Xatırladaq ki, Qasımlı Misir Elman oğlu Vətən müharibəsinin iştirakçısıdır.



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər