Saytımızı qiymətləndirin


 
 

İtaliyada fövqəladə vəziyyət elan edilib
Tarix: 05-07-2022 | Saat: 06:40
Bölmə:Karusel / Dünya | çapa göndər

İtaliyada fövqəladə vəziyyət elan edilib

İtaliyada fövqəladə vəziyyət tətbiq olunub.

Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, Po çayı ətrafındakı bölgələrdə son 70 ilin ən quraq ayına görə fövqəladə vəziyyət elan edilib.

Hökumətin qərarı hakimiyyət orqanlarına bürokratik əngəlləri azaltmağa və dərhal bir sıra tədbirlər görməyə imkan verəcək.

Fövqəladə vəziyyət beş şimal bölgəsinə - Emiliya-Romanya, Friuli-Venesiya-Culiya, Lombardiya, Pyemont və Venetoya təsir edəcək. Quraqlıqla bağlı problemləri həll etmək üçün ilkin olaraq 36,5 milyon avro ayrılıb. Gələcəkdə quraqlıqla mübarizə üçün əlavə tədbirlər görülə bilər.

Qeyd olunub ki, çaya bitişik regionlar ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini verir.



Xəbəri paylaş

1197 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70